Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov
ÖLMƏZLƏR
ANA: "Başını dizlərimə qoyub deyirdi ki, bura elə mənim istirahətimdir"
Əhmədov Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində doğulub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb.
Anası Mehriban Əhmədova deyir:
“Başqa analar oğullarını çayxanadan çağıranda, mən onu məcbur edirdim ki, get dostlarınla vaxt keçir, gəzintiyə çıx. Amma Amal o qədər yorğun olurdu ki, özünə vaxt ayıra bilmirdi. Başını dizlərimə qoyub deyirdi ki, bura elə mənim istirahətimdir”.
Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”