İnsana qarşı cinayətlər içərisində ən qəddarı və ən alçaldıcısı
Azərbaycan parlamenti insan alverinə və qaçaqmalçılığa qarşı mübarizədə qanunvericilik aktlarına müvafiq dəyişikliklər və əlavələr edib və bu sahədə çox ciddi addımlar atıb.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradov parlamentdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.
B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətdə BMT-nin müvafiq konvensiyasına qoşulub:
“Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir və hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Parlament hər zaman bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlament həm regionu, həm də ölkəmizi və dünyanı narahat edən məsələləri çox ciddi müzakirə edib və bundan irəli gələn qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edib”.
Vitse-spiker bildirib ki, bu bəlaya qarşı mübarizə daha da gücləndirilməlidir:
“Biz bu təhlükəyə qarşı ona görə əməkdaşlıq və tərəfdaşlıq etməliyik ki, bu qəbildən olan cinayətlər insana qarşı cinayətlər içərisində ən qəddarı və ən alçaldıcısıdır. Çünki, necə ola bilər ki, müasir inkişaf səviyyəsində insanlar digər qrup insanlar və yaxud da dairələr tərəfindən alver hədəfinə çevrilsin, qurbana çevrilsin, alçaldıcı rəftara məruz qalsın, dilənçiliyə, itaətkarlığa məcbur edilsin”.
B.Muradova əlavə edib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi cəhətdən həm siyasi, humanitar əlaqələrin intensivləşməsi baxımından özünün yeritdiyi siyasət nəticəsində regionda seçilən bir ölkədir:
“Azərbaycan dünyanı və regionu narahat edən məsələlər ətrafında öz töhfəsini verir”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”