"Çətinliklərə sinə gərən uğur simvolu kimi qəbul olunmusuz"

13:15 17-04-2021 | icon 604 | Təhsil
"Çətinliklərə sinə gərən uğur simvolu kimi qəbul olunmusuz"

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbində direktor Aynurə Səfərovanı Komitədə qəbul edib.

 

Versus.Az xəbər verir ki, komitə sədri məktəb direktoru ilə ürək sözlərini bölüşüb:

 

"Siz 101 yaşlı məktəbə rəhbərlik edirsiz. Gənc ziyalı, pedaqoq kimi bu işin öhdsindən ləyaqətlə glirsiz. Sizin fəaliyyətinizi biz də yaxından izləyir və sevinirik. Siz bir gənc xanımın bütün maneə və əziyyətlərə baxmayaraq uğur əldə edə bilməsinin canlı örnəyini yaratmısız. Siz Oğuz rayon Yemişənli kəndində anadan olmusuz. 2004-cü ildə Yemişənli kənd əsas məktəbinin doqquzuncu sinfini bitirmiş, həmin ildə A.Əliyev adına Padar kənd orta məktəbinin X sinfinə daxil olmuş, 2006-cı ildə orta təhsili uğurla bitirmisiz. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının 2011-ci il məzunusuz. 2011-ci ildən müəllim kimi, 2014-cü ildən tədris işləri üzrə direktor müavini, 2019-cu ilin fevralındansa Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbində direktor kimi fəaliiyət göstərirsiz. Harda oxumuş, işləmişsinizsə, çətinliklərə sinə gərən uğur simvolu kimi qəbul olunmusuz. Sizin "Hər hansı gəncin cəmiyyətdə yer tutması üçün ilk növbədə onda özünə inam formalaşdırmaq lazımdır. Qabiliyyətini aşkara çıxarmaq və ona psixoloji dəstək olmaq lazımdır" sözləriniz populyardır. Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edirəm".

 

Q.Paşayeva A.Səfərovaya Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Gənc direktor səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb