Tələbə hansı halda məktəbdən xaric ediləcək?

06:15 20-04-2021 | icon 400 | Təhsil
Tələbə hansı halda məktəbdən xaric ediləcək?

Yeni qanun layihəsində tələbələrin hansı hallarda ali təhsil müəssisələrindən xaric edilməsi məsələsinə aydınlıq gətirilib.

 

“Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunur ki, tələbələr öz arzuları ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti təhsil ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 (altı) ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.

 

Tələbələr sırasından xaric edilmiş təhsilalana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun müvafiq arayış və təhsil haqqında sənədin əsli verilir.

 

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb