Gicitkən yeməyə 10 səbəb

08:56 26-04-2021 | icon 390 | Sağlamlıq
Gicitkən yeməyə 10 səbəb

Bağlarda alaq otu kimi yetişən və çoxumuzun uzaq gəzdiyi gicitkən bitkisini hamı tanıyır. Onun nə qədər faydalı olduğu isə çoxlarına məlumdur. Tərkibində çoxlu vitaminlər, zülal, mikroelementlər, fosfor, kalium, dəmir mövcuddur. Aprel -may gicitkənin bol bitdiyi mövsümdür.

 
 
Gicitkən bitkisindən hazırlanan min bir dərdə dərman olacaq çay reseptini təqdim edirik:
 
 
Bu çay vasitəsilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Gicitkən süd verən analarda süd ifrazını artırır, menstrual tsikli tənzimləyir, qan damarlarını qüvvətləndirir və qanı təmizləyir.
 
 
Bundan əlavə, bu çayı qaraciyər patologiyaları zamanı, mədə-bağırsaq traktı və tənəffüs sisteminin xəstəliklərində təyin edirlər.
 
 
Gicitkən çayı aşağıdakı hallarda qəbul edilə bilər:
 
 
•podaqra;
 
•öd kisəsi xəstəliklərində;
 
•qaraciyər xəstəliklərində;
 
•revmatizm zamanı.
 
 
Əlbəttə bu bitki xeyirli xüsusiyyətlərlə yanaşı bir sıra mənfi xüsusiyyətlərə də malikdir.
 
 
Belə ki, həddən artıq qəbul edildikdə qanı qatılaşdırır. Bu isə baş beynin qan damarlarında problem olan insanlarda, varikoz xəstələrinə əks göstəriş hesab edilir.
 
 
Bundan əlavə aşağıdakı hallarda gicitkən çayının qəbulu məsləhət deyil:
 
 
•qanaxmalar zamanı;
 
•qanın qatılığı yüksək olarsa;
 
•böyrək xəstəlikləri zamanı.
 
 
 
Gicitkən çayının hazırlanması:
 
 
Qazana bir qədər su və gicitkən tökərək qaynadın. Daha sonra otaq temperaturuna qədər soyudaraq süzün. Yarım saat saxladıqdan sonra gündə 3 dəfə olmaqla yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan için.
 
 
Gicitkən çayını yaşıl çay və itburnu ilə birlikdə də hazırlaya bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...