Bu universitetdə maskadan imtina edildi
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin hərbçiləri və Xankəndi Universitetinin tələbələri "Zəfər inşası" aksiyasında iştirak ediblər.
Versus.az xəbər verir ki, bu barədə Humanitar Yardım Mərkəzinin zabiti, kapitan İvan Sergeyev məlumat verib:
“Bugünkü aksiyamız Böyük Vətən müharibəsindəki qələbənin ildönümünə həsr edildi. Məqsəd yerli əhalinin Böyük Vətən müharibəsi mövzusunu öyrənməyə marağını artırmaq idi. Bütün iştirakçılar tədbirə böyük maraq göstərdilər və əla nəticələr göstərdilər. İnşanın yazılmasında 50-yə yaxın 2-ci kurs tələbəsi, universitetin müəllim heyəti, habelə Rusiya sülhməramlı kontingentinin 10 hərbi əməkdaşı iştirak etdi”.
Məlumata görə, tədbirin sonunda tələbələr və müəllimlər inşa yazmaqla yanaşı, Böyük Vətən müharibəsi qəhrəmanları haqqında şeirlər oxuyub, sənədli hərbi kinoxronikalara baxıb və 1941-1945-ci illərdə döyüş meydanlarında həlak olan yaxınları haqqında da danışıblar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözügedən tədbirdən paylaşdığı fotolarda universitet tələbə və müəllimlərinin, o cümlədən sülhməramlı kontingentin zabitlərinin koronavirusa qarşı tibbi maskadan istifadə etmədikləri diqqəti cəlb edir. Görünür bu universitetdə maska taxmaqdan imtina edilib...
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”