Xarici diplomların tanınması qaydaları DƏYİŞDİRİLDİ

15:32 05-05-2021 | icon 631 | Təhsil
Xarici diplomların tanınması qaydaları DƏYİŞDİRİLDİ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin Azərbaycanda təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.

 

Agentlikdən verilən məlumata görə, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib. Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.

 

Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.

 

Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

 

Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yaradılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ