Müəllimlərin sertifikasiyası keçiriləcək?

17:01 08-05-2021 | icon 1080 | Təhsil
Müəllimlərin sertifikasiyası keçiriləcək?

Pandemiya şəraiti ilə əlaqədar olaraq müəllimlərim sertifikasiyasının yaxın 3 ay ərzində keçirilməsi planlaşdırılmır.

 

Versus.Az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

 

O bildirib ki, bu səbəbdən əvvəlcədən elan verilməsini də düzgün hesab etmirik:

“Amma sertifikasiyanın il ərzində hansısa bir qrup üzrə keçirilməsinə ümid edirik. Bu ya ixtisas üzrə ola bilər, ya hansısa coğrafi amil üzrə bölgələri əhatə edə bilər və ya ikisinin kəsişməsi də ola bilər. Məsələn, ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin müəyyən bölgələrdən sertifikasiyaya cəlb edilməsi ola bilər.

Sertifikasiya prosesi qəfil ola bilməz, əvvəlcədən məlumat veriləcək. İnanırıq ki, payız aylarında bunu keçirə biləcəyik. Pandemiya olduğu üçün bu proses yubanır. Biz düşünürük ki, sertifikasiya müəllimlərin daha da təkmilləşməsinə kömək edən amildir və bu, bizə müəllimlər barədə daha düzgün qərar verilməsinə kömək edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ