Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

11:31 11-05-2021 | icon 760 | Siyasət
Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Teymur Alıyev: “MMP-də gənclərə öz siyasi baxışlarını göstərmələri üçün yaxşı münasibət var”

 

Müsavat Partiyasının (MMP) sıralarına gənclərin axını davam edir. Bugünlərdə daha bir gənc MMP-yə gələrək bu partiyaya və onun sədri Hafiz Hacıyevə rəğbətindən danışıb.

 

Versus.Az xəbər verir ki, bu gənc Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olsa da, bundan sonrakı siyasi fəaliyyətini MMP-də davam etdirmək istəyir.

 

Bu barədə Versus.Az-a danışan gənc fəal Teymur Alıyev bildirib ki, xeyli vaxtdır mətbuatdan və onlayn tv-lərdən Hafiz Hacıyevin çıxışlarını dinləyir, MMP-nin dövlətçilik prinsiplərini görür və bəyənir.

 

MMP sədri ilə eyni siyasi mövqedən çıxış etmək istəyində olan Teymur bəy qeyd edib ki, əslində siyasi partiyalar gənclər üçün bir məktəb olmalıdır, gənclərə yol açmalıdır:

 

“Ancaq təəssüflər olsun ki, bir çox partiyalarda kollektiv hələ də yaşlı nəslin nümayəndələridir, gənclərə elə də yer verilmir. Mən aktiv siyasi fəaliyyətə qoşulmaq istədiyim üçün partiyalarla maraqlandım, partiyaların liderlərinin fəaliyyətini izlədim və diqqətimi daha çox Hafiz Hacıyev və onun sədri olduğu MMP çəkdi. Hafiz müəllim kimi sadə, səmimi, eyni zamanda çəkinmədən məmur özbaşınalığına qarşı çıxan, haqsızlıqlara göz yummayan, gənclərə qayğı göstərən başqasını görmədim. Hafiz Hacıyev ölkəmizin ictimai-siyasi xadimi kimi hər zaman xalqın sözünü deyib, insanlarımızı narahat edən məsələləri ictimailəşdirərək müzakirəyə çıxarıb, dövlətimizin gələcəyi üçün sözün əsl mənasında çalışıb, vuruşub. Təsadüfi deyil ki, Hafiz Hacıyevin neçə il əvvəl dediyi həqiqətlər bu gün öz təsdiqini tapır və ən əsası da artıq onun dediklərini bir başqaları da səsləndirir. Bu həqiqət carçısı, xalqını ürəkdən sevən, dövlətinə, dövlətin başçısına ləyaqətlə dəstək olan Hafiz müəllimin fəaliyyəti böyük rəğbətlə qarşılanır. Mən və mənim kimi gənclər də hər zaman dəyərli vətən oğlunun yanında olmaq, yolunun etibarlı yoldaşı kimi fəaliyyət göstərmək istəyirik”.

 

T.Alıyev bir gənc olaraq Azərbaycan xalqına, dövlətçiliyinə xidmət edəcəyini deyir. Eyni zamanda gənc dostlarını da siyasi aktivliyə çağırır:

 

“Gənc dostlarıma demək istərdim ki, siyasətə gəlin ki, siyasəti gəncləşdirək. Gənc ideyalarımızı, fikirlərimizi ortya qoyaq, dövlətimizə xidmət edək. Gənclərimiz siyasətə maraq göstərməlidir. İstər beynəlxalq, istər daxili siyasətdə aktiv olmalıyıq. Mən bütün gəncləri MMP-yə dəvət edirəm. Burda gənclərə öz siyasi baxışlarını göstərmələri üçün yaxşı münasibət var. Hafiz Hacıyev də həmşə çıxışlarında vurğulayır ki, gəncləri siyasətə gətirmək lazımdır, onlara siyasi meydan verilməlidir ki, öz sözlərini, ideyalarını, təkliflərini verə bilsinlər. Çox istərdim ki, digər partiyalarda da gənclərin siyasətə gətirilməsinə önəm verilsin”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı