Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər

22:21 16-05-2021 | icon 677 | Sağlamlıq
Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər

Türkiyədə yayılan Krım-Konqo hemorragik qızdırması COVID-19-la səhv salına bilər.

 

“Cumhuriyet” xəbər verir ki, bunu Ankara Universitetinin infeksionisti Güle Çınar deyib.

 

“Gənələr insana yapışdıqda daxilində olan maddəni insanın qanına boşaldırlar və nəticədə virus orqanizmimizə yoluxur. Gənə dişləyən insanların sağlamlığı 10 gün müddətində nəzarət altında olmalıdır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik başağrısı, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, halsızlıq kimi simptomlara səbəb olur.

“Hərarət bütün insanlarda dərhal nəzərə çarpmasa da, müddət sonra müşahidə olunaraq orqanizmdə koaqulyasiya sisteminin pozulmasına və qanaxmalara səbəb ola bilər. Əsasən xəstələr daxili qanaxma və ya qanaxmanın kəsilməməsi səbəbindən həyatlarını itirirlər”, - deyə infeksionist vurğulayıb.

Həkim bildirir ki, gənələrin ola bildiyi kənd əraziləri, meşə, gəzintiyə gedərkən mümkün qədər bağlı geyinmək, gənə yapışdıqda isə onu ya əlcək, ya da salfetlə çıxarmaq lazımdır.

Qeyd edilir ki, ötən həftə ərzində Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunda üç, Tokatda 14, Ərzincanda isə yeddi nəfərə Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR