İstanbul metrosunda DƏHŞƏT
Qadın özünü qatarın altına atdı
İstanbul metrosunda intihara cəhd hadisəsi qeydə alınıb.
“Haber Global”ın məlumatına görə, hadisə yerli vaxtla saat 12:45 radələrində, metropolitenin Taksim stansiyasında baş verib.
Platforma kənarında dayanan 30 yaşlı Gözdə Melis adlı xanım özünü stansiyaya yaxınlaşan qatarın altına ataraq intihara cəhd göstərib.
İnsident nəticəsində qadının sol ayağı yerindən qopub. O, təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"