Şotlandiyada yaşayan azərbaycanlı yüksək mükafata layiq görüldü

21:11 02-06-2021 | icon 464 | Təhsil
Şotlandiyada yaşayan azərbaycanlı yüksək mükafata layiq görüldü

Şotlandiyanın Aberden şəhərində yaşayan gənc soydaşımız Aliyə Orucova Aberden Beynəlxalq Məktəbinin "Academic Excellence" mükafatına layiq görülüb.

 

Versus.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mürəkkəb proqramın tədris olunduğu yuxarı sinifdə təhsil alan yeganə azərbaycanlı olan Aliyə Orucova bu mükafata bütün fənlər üzrə yüksək qiymət aldığına və riyaziyyatın öyrənilməsində irəliləyiş əldə etdiyinə görə layiq görülüb.

 

Qeyd edək ki, bu, Aliyə Orucovanın yeganə uğuru deyil. İlin əvvəlində o, məktəbli həmkarı Eloiza Reydlə birlikdə Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib. “ADA festivalı” XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə həsr olunub və informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.

 

Xatırladaq ki, Aliyə Orucova rəssam soydaşımız Leyla Orucovanın qızıdır.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb