Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli birinci ərinin evinin qarşısında paparazzilərə tuş gəlib.
Versus.az xəbər verir ki, Colinin Conni Li Millerin evinin qarşısındakı fotosu internetdə sürətlə yayılıb.
Hollivud ulduzu keçmiş ərinin yanına mühafizəçisiz, tək gəlib və orada üç saat vaxt keçirib.
Fanatları hesab edir ki, onların eşqləri yenidən alovlanıb.
Məhkəmə qərarı ilə Colinin üçüncü əri Bred Bitt uşaqlarının birgə qəyyumluğunu təmin edib. Artıq ulduz valideynlər bərabər qəyyumluq hüquqlarına sahib olublar. Ancaq mətbuatda məlumatlar yayılıb ki, Coli Pittin uşaqlarla görüşünə qadağa axtarmağa davam edəcək.