Prezident sərəncam imzaladı...
Mədəniyyət naziri mükafatları təqdim etdi
İyunun 14-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.
Versus.Az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb.
Vurğulanıb ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.
“Mədəniyyətimizin inkişafı daim dövlətimizin başçısı tərəfindən diqqət mərkəzində olub. Bildiyiniz kimi, dövlətimizin başçısının tapşırığı ilə Mədəniyyət Nazirliyində islahatlara başlamışıq. Məqsədimiz mədəniyyətimizin inkişafında cəmiyyətimizin rolunun artırılmasına nail olmaqdır. Bu müqəddəs missiyada görkəmli mədəniyyət xadimlərinin fəaliyyəti də böyük təsirə malikdir. Hesab edirik ki, əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizi daha da dirçəldib irəliyə aparmalıyıq. Çalışmalıyıq ki, yeni nəsli də bu ruhda tərbiyyələndirək”, - deyə nazir söyləyib.
Tədbirin ölkə tarixində ən əlamətdar günlərdən olan Milli Qurtuluş Günü ərəfəsində təşkil edildiyini xatırladan Anar Kərimov, iştirakçıları təbrik edib, onlara gələcək yaradıcılığında uğurlar arzulayıb.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordeni və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları təqdim olunub.
Mükafat alanlar fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"