"Təxribatların arxasında Rusiya dayanır"

14:35 13-06-2021 | icon 302 | Müharibə
"Təxribatların arxasında Rusiya dayanır"

Fəhmin Hacıyev: "Ermənistan tərəfdən xəritə gözləmək vaxtı boş yerə itirməkdir"

 

Ölkə gündəmi Qarabağ ətrafında - işğaldan azad olunmuş ərazilərin təmizlənməsi və təhlükəsizliyin təminatı istiqamətlərində fırlanır. Sanki bütün problemlərin həlli  Qarabağın diplomatik müstəvidə suverenliyinin təmin edilməsi ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri də işğaldan sonra diplomatik cameənin diqqətlə izlədiyi bir məkan olaraq nəzər nöqtəsindədir. Təkcə ona görə ki, Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğan Bakıdan sonra Şuşaya səfər edəcək və oradan dünyaya hansısa mesajlar veriləcək, yeni layihələrin təməlləri qoyulacaqdır. Regionda maraqlı olan dövlətlər bu səfərdən narahatdır. Rusiya  Ərdoğanın Bakı-Şuşa səfərinə necə “hazırlaşır”? Bu səfərlər nəzərləri Qarabağda olan gücləri nə dərəcədə ehtirasa gətirəcək, qıcıqlandıracaq?

 

Versus.Az xəbər verir ki, mövzuyla bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bəzi məsələlərə diqqət çəkib.

 

Minalanmış ərazilərin xəritəsinin verilməsi məsələsinə toxunan F.Hacıyev deyib ki, erməni tərəfdə hər hansı bir xəritə olduğuna inanmır:

 

“Bu, sadəcə olaraq, Rusiyanın apardığı bir oyundur. Bölgədəki qüvvələr bu oyunlarda iştirak edirlər. Bəlkə də hara, necə basdırdıqları bəlli deyil, bəlkə də bəllidir. Hər halda Ermənistan tərəfdən xəritə gözləmək vaxtı boş yerə itirməkdir. Minalara düşməmək üçün  Azərbaycan tərəfi tədbirlər görməlidir. Bunun üçün Azərbaycanda yüksək texnika və texnologiyalar var.  Bunları tətbiq etmək lazımdır. Jurnalistlərin getdiyi yoldan mütləq “dazor” keçməli idi. O ərazilər xüsusi minaaxtaran, minapartladan texnika ilə təkrar-təkrar gedilməli, yoxlanılmalı idi.  Ona görə ki, əraziləri bütün günü müşahidə etmək mümkün deyil. Ona görə edilməli idi ki, Azərbaycan insanları bu minalarda həlak olmasınlar. Bu, məsələnin bir tərəfidir.

 İkinci tərəfdən, istər Qarabağda, istərsə də sərhəd bölgələrində başlanmış təxribatların kökündə Azərbaycanda olan müəyyən qüvvələr və Rusiyanın maraqlarına xidmət etmək istəyən  güclər dayanır. Məhz Ermənistanda seçkilərə qatılan namizədlərin bir neçəsinin bu təxribatlarda iştirak etməsinə Rusiya dəstək verir. Yəni təxribatı təşkil edən də, törədən də Rusiyadır. Ona görə ki, tərəflər bir-biri ilə nə qədər çox çəkişsə,  Rusiya regionda çox rahat yerləşəcək. Hesab edirəm ki, 10 Noyabr Bəyannaməsi Rusiyanın Qarabağa girişi kimi tarixdə qalmış olacaq”.

 

Gələn həftə Türkiyənin cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın Bakıya, oradan isə Şuşaya səfəri gözlənilir. Bəzi mənbələr Rusiyanın Türkiyə başçısının Şuşaya gəlişinə maneə yaratmaq istədiyini deyir və hanısa məqsədlə, artıq Şuşada rus əsgərlərinin yerləşdirildiyi bildirilir.

 

F.Hacıyevin sözlərinə görə, 10 Noyabr bəyanatında Azərbaycanın xeyrinə ola biləcək bəndlər - qaçqınların köçürülməsi, silahlı ermənilərin çıxarılması və digər məsələlərlə  bağlı addımlar atılmadı. Nəticə etibarilə Yuxarı Qarabağda erməni silahlı birləşmələri tamamilə formalaşdı, İndi isə mövzu Şuşadır:  

 

“Bu gün Şuşadakı vəziyyət Azərbaycan tərəfinin maraqlarına xidmət eləmir.  Yadınızdadırsa, ayın 12-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi üçün birtərəfli qaydada hərəkətə keçdi. Qarşı tərəf haqlı olmağımıza baxmayaraq, birtərəfli qaydada hərəkət etdiyimizdən sui-istifadə etdi və Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vuran hərəkətlərə nail ola bildi.Ondan sonra silsilə hadisələr baş verdi, Ermənistan tərəfindən təxribatlar baş verdi, jurnalistlər şəhid oldu, ondan qabaq bir maşınımız qəzaya uğradı, sonra diversantlar həbs edildi, bu yaxında Laçında həbslər keçirildi. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında müəyyən qüvvələr münaqişəni qızışdırmağa cəhd edirlər və bu təxribatın arxasında Rusiya dayanır. Rusiyanın məqsədi regiona tamamilə hakim olmaqdır və buna addım-addım nail olur. Ərdoğanın Şuşaya gəlməsi bir NATO dövlətinin Qafqaza yaxınlaşması, NATO qüvvələrinin Qafqaza hərəkət etməsinə əyani sübutdur. Bu da Putinin maraqlarına uyğun deyil. Buna görə də Rusiya bütün vasitələrdən istifadə edəcəkdir ki, Türkiyə Prezidenti Şuşaya gələ bilməsin. Digər tərəfdən, Şuşanın məsələsi bir az həssasdır”. /həftə içi/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR