Dövlət qulluğuna qəbul imtahanlarının NƏTİCƏLƏRİ

16:22 21-06-2021 | icon 372 | Təhsil
Dövlət qulluğuna qəbul imtahanlarının NƏTİCƏLƏRİ

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün iyunun 20-də keçirilən test imtahanının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan nəticələri bu gün saat 13:40-dan etibarən mərkəzin saytında yerləşdirilib.

 

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1 943 namizəddən 37 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 17 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 65 nəfər, BB1 altqrupu üzrə 90 nəfər, BB2 altqrupu üzrə 110 nəfər, BB3 altqrupu üzrə 164 nəfər, BB4 altqrupu üzrə 165 nəfər olmaqla, ümumilikdə 661 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 22-24 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT