Azərbaycanlı gənc  seçildi

14:13 23-06-2021 | icon 350 | İdman
Azərbaycanlı gənc  seçildi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sabiq sədri, Gender Hub Platformasının təsisçisi Məryəm Məcidova 60 peşəkar təlimçi arasından Avropa Gənclər Forumunun Təlimçilər Bazasına iki illik müddətə seçilib.

 

Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu 1996-cı ildə yaradılıb və qitənin ən böyük gənclər təşkilatlarını özündə birləşdirir. Forumun əsas məqsədi Avropada fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatlarının və gənclər təşkilatları milli şuralarının şəbəkələşməsini təmin etmək, onların təlim və maarifləndirilməsini təşkil etmək və Avropa məkanında gənclərin maraqlarını təmsil etməkdir.

 

Forum Avropa İttifaqı, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Forumun nəzdindəki təlimçilər və ekspertlər bazası 2 ildən bir yenilənməklə gənc mütəxəssisləri bir araya toplayır. Qeyd edək ki, Məryəm Məcidova Avropa Gənclər Forumunda təmsil olunacaq ilk azərbaycanlı təlimçi olacaq. Məryəm Məcidovanın portfoliosunda aşağıdakı təlim mövzuları öz əksini tapır: gənclər siyasəti və gənclərlə iş, gənclərin iştirakçılığı, beynəlxalq dialoq və əməkdaşlıq, layihələrin idarə olunması, gender əsaslı zorakılıq, gender stereotipləri və s.  

 

Ətrafında 130-dan çox gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncimizin bu uğurunu alqışlayır və gələcəkdə gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini dəstəkləməkdə davam edəcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı