Universitetdə NARKOMANİYAYA YOX dedilər
Gəncə Dövlət Universitetində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Versus.az xəbər verir ki, maarifləndirici tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva öncə narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd edib ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.
Prorektor Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mübarizəni davam etdirir. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanlarında fəallığın artırıldığı vurğulanıb.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi Regional şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Azər Əsgərov “Narkomaniya ilə mübarizə daim dövlətin nəzarətindədir” , Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Narkomaniya gənclər üçün təhlükədir” , Sosial iş kafedrasınn baş müəllimi Ramin Əliyev “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi çərçivəsi” , Sosial iş kafedrasının müəllimi Gülnar Rəhimova “Narkomaniya və psixotropik maddələrə qarşı preventiv tədbirlər” , Tarix-coğrafiya fakültəsinin tələbəsi Xalidə Quliyeva “Narkomaniya cəmiyyətin sosial bəlasıdır” , İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nailə Abdullayeva “Narkomaniyaya dur deyək” , Biologiya–Kimya fakültəsinin tələbəsi Lalə Ələkbərova ”Ağ ölümə yox deyək” mövzularda məruzələrlə çıxış ediblər.
Məruzəçilər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat vermişlər. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.
Qeyd ediblər ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.
Bildirilib ki, narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.
Çıxış edən məruzəçilər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək, yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.
G.Nəcəfli
Versus.Az
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"