Ali təhsil müəssisələrinə muxtariyyət verilə bilər
Ali təhsil müəssisələrinin reytinq cədvəlinin hazırlanacağı, rektorlar şurasının yaradılacağı və ali təhsil müəssisələrinə muxtariyyət veriləcəyi gözlənilir.
Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, bu istiqamətlərdə müzakirələr olub.
Bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı üzərində iş gedir:
“İşçi qrup bir neçə dəfə görüşüb, müzakirələr olub. Hazır olandan sonra geniş ictimai müzakirəyə çıxarılacaq. Bütün mərhələləri keçdikdən sonra isə komitədə müzakirə ediləcək. Söylədiyiniz məsələlər bu və ya başqa dərəcədə qanun layihəsində nəzərdə tutulub”.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"