Təyyarə qəzasında 9 nəfər həlak oldu
İsveçin Örebro hava limanının yaxınlarında baş verən təyyarə qəzası nəticəsində heyətdəki doqquz nəfər həlak olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, cümə günü axşam saatlarında İsveçin Örebro şəhərinin hava limanından uçuşa başlayan kiçik təyyarə bir müddət sonra, böyük ehtimalla texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Qəza baş verdiyi an paraşütçü təyyarənin göyərtəsində 1 pilot və 8 paraşutçu olub.
Son məlumatlara görə, təyarə qəzasında səkkiz nəfər yerindəcə vəfat edib, bir nəfərin isə ağır xəsarətlərlə yerli xəstəxanaya yerləşdirilməsinə baxmayaraq həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qəza qurbanlarının şəxsiyyəti və təyyarənin kimə məxsus olduğu haqqında hələlik məlumat yoxdur.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"