“TikTok” fermerləri milyonçu etdi
Çinin ucqar əyalətlərindəki fermerlərin “TikTok”dan canlı yayımları ölkədəki kənd təsərrüfatı məhsullarının satışını dəfələrlə artırıb.
Bu barədə “Bloomberg” xəbər verib.
“Douyin” (“TikTok”un yaradıcısından sosial şəbəkənin Çin ekvivalenti) şirkətinin məlumata görə, qısa videolar və interaktiv canlı yayımlar fermerlərin qazancını ildə 15 dəfə artırıb.
Məsələn, Yunnan əyalətindən olan Tszin Gouey 2018-ci ildə borc içində üzürdü, amma 2020-ci ildə “Brother Pomegranate” ləqəbi ilə 300 milyon yuan (təxminən 78 782 500 manat) dəyərində meyvə satıb. Bir dəfə o, hətta 6 milyon yuanlıq (1 575 650 manat) nar partiyasını 20 dəqiqəyə satmağı bacarıb.
Tszin Goueyin həmkarı Qo Çençen “WeChat” tətbiqi vasitəsi ilə satışa başladıqdan sonra gündə yüzə yaxın sifariş qəbul etməli olub. Hazırda çinli qadının TikTok-da 2,5 milyon abunəçisi var. O, bir yayıma alıcılardan 50 min sorğu alır, bu da ona ayda azı 9 milyon yuan (2 363 470 manat) gəlir gətirir.
Son bir ildə Çində on mindən çox abunəçisi olan kənd təsərrüfatı bloqerlərinin sayı 2019-2020-ci illə müqayisədə altı dəfə çoxalıb. Bu artım istehlakçıların meyvə və ya tərəvəz yetişdirməyin bütün mərhələlərini - əkindən məhsulun dequstasiyasına qədər öz gözləri ilə görmək imkanına sahib olması ilə izah edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"