Kilsədə növbəti uşaq məzarlığı

06:22 14-07-2021 | icon 303 | Maraqlı
Kilsədə növbəti uşaq məzarlığı

Kanadanın Britaniya Kolumbiyası əylətində 160 adsız uşaq məzarı tapılıb.

 

Cbc.ca xəbər verir ki, Cənubi Körfəz adalarından biri olan Kuper adasının Penelakut yerli qəbiləsi internat kilsəsinə aid ərazidə 160-dan çox “sənədsiz və qeyd edilməmiş” məzar tapıldığını bildirib.

 

Məruzədə qəbirlərlə bağlı daha ətraflı məlumat verilmədiyi qeyd olunub.

 

Kuper adası internat məktəbi rəsmi qeydlərə görə 1890-1970-ci illər arasında fəaliyyət göstərib.

 

Kanadadakı kilsə məktəbinin həyətindəki qeydiyyatsız uşaq qəbirləri ilk dəfə 29 mayda gündəmə gəlib.

 

O zaman Britaniya Kolumbiyası əyalətinin Kamlups şəhərində internat kilsə məktəbinin bağçasında 215 uşaq meyitinin qalıqları tapılıb.

 

İyunun 24-də Sakatçevan əyalətindəki “Marieval” internat məktəbinin bağçasında qeydiyyata alınmamış 751 uşaq cəsədi olan qəbirlər aşkar edilib.

 

30 iyun 2021-ci ildə “Eugene” missiya məktəbinin yaxınlığında 182 uşaq qalıqları olan qəbirlər müəyyənləşdirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı