"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

14:12 15-11-2018 | icon 614 | Cəmiyyət
"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

 

Millət vəkili Q.Paşayeva Boccia idman növü üzrə paralimpiya komandamızın üzvləri ilə görüşdə onları beynəlxalq yarışda qələbə qazanmaları münasibətilə təbrik edib və "sizin uğurunuza bütün cəmiyyətimiz sevinir" deyib

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Boccia idman növü üzrə paralimpiya komandamızın üzvləri ilə görüşüblər.

 

Versus.Az-ın məlumatına görə, İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə milli komandanın ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibətilə onları təbrik ediblər.

 

Prezident İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərildiyini qeyd edən millət vəkili Q.Paşayeva bildirib ki, dövlət başçımızın uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan  işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb. Fiziki imkanlı şəxslərin idmanla məşğul olmasının və beynəlxalq yarışlarda iştirak etmələrinin çox təqdirəlayiq olduğunu qeyd edən Q.Paşayeva onlara gələcək yarışlarda da daha böyük uğurlar arzulayıb və "hər zaman yanınızdayıq" deyib.

 

Boccia Federasiyasının baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvü Bəhruz Mirzəyev və komandanın digər üzvləri təbrik üçün təşəkkür ediblər və onlara hər zaman göstərilən dövlət qayğısı və diqqətindən məmnunluqlarını ifadə ediblər və onlara göstərilən etimadı hər zaman doğrultmağa çalışacaqlarını qeyd ediblər. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR