İnsanlara atəş açan şəxsi kərpiclə döyüb öldürdülər
ABŞ-da şənlik məclisində iştirak edən şəxslər insanlara atəş açan kişini kərpiclə döyərək öldürüblər.
Versus.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat verib.
Qeyd olunur ki, insident Texas ştatının Fort-Uort şəhərində baş verib.
Belə ki, ziyafətdə dava düşüb, bundan sonra iştirakçılardan biri atəş açaraq bir nəfəri yaralayıb. Qonaqlar atəş açan şəxsi təqib etməyə başlayıblar.
Təqib zamanı silahlı şəxs arxasınca qaçan şəxslərə də atəş açmağa başlayıb. Nəticədə azı iki nəfər yaralanıb, onlardan biri daha sonra xəstəxanada ölüb.
Nəhayət silahlı şəxsi yaxalayan bir neçə kişi ona kərpiclə zərbələr endirməyə başlayıb. Nəticədə silahlı şəxs hadisə yerində ölüb. Polis hadisənin təfərrüatını araşdırır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"