“Delta” ştammının yayıldığı ölkələrin sayı açıqlandı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun çox yoluxucu növü olan “Delta”nın yayıldığı ölkələrin sayını açıqlayıb.
TASS xəbər verir ki, bu ştammın yayıldığı ölkələrin sayı 20 iyuldan 27 iyul tarixinə qədər 124-dən 132-yə yüksəlib.
ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd edilir ki, həyəcan variantları kateqoriyasına daxil edilən dörd ştammın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “genişlənməyə davam edir”.
Son bir həftə ərzində dünyada yoluxma səkkiz faiz artıb: 3,8 milyondan çox yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Eyni zamanda ölümlə nəticələnən hadisələrin sayı 21 % artıb və bunlardan 69 mindən çoxu bir həftə ərzində qeydə alınıb.

Xəbər lenti

"Azərbaycanın Avropa və dünya bazarında önəmli rol oynayır"
Hikmət Babaoğlu: “...Azərbaycanın mühüm rol oynamasını ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir”