Mövludun mübarək, Şəhidim

12:04 28-07-2021 | icon 1239 | Şəhidlər və şahidlər
Mövludun mübarək, Şəhidim

Azərbaycan qəhrəmanlıq tarixinin şanlı səifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsi milli-mənəvi birliyimizin, Vətən oğullarının doğma el-obaya sədaqətinin, mərdliyinin və mətinliyinin təcəssümü idi.

 

Bu müharibə dəmir yumruq altında birləşmiş azərbaycan xalqının torpaq sevgisinin, Vətən məhəbbəti əzəmətinin bir daha bütün dünyaya sübutu idi. 30 illik torpaq nisgilimizə son qoyaraq, ölümün gözünə dik baxıb, Şəhid olmağı özünə şərəf bilən, daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə daşıyan ərənlərimiz qanları ilə tarix yazaraq Azərbaycan adlı məmləkətə sevgilərinin böyüklüyünü isbat etdi.

 

Vətənə olan sonsuz sevgisini ona can fəda etməklə təsdiqləyən şəhidlərimizdən biri də Mirzəyev Nuran Akif oğludur. Nuran 27 iyul 1999-cu ildə Quba rayonu Qımil kəndində anadan olub. Mənsubiyyətcə ləzgidir. Qımıl kənd tam orta məktəbini bitirən Nuran Mirzəyev təhsilini Quba Peşə Liseyində davam etdirib. O, liseydə rabitə, elektrik mantyoru və sürücü ixtisaslarına yiyələnib. Nuran Mirzəyev 2017-2019 cu illərdə hərbi xidmətdə Vətənə oğul borcunu layiqincə yerinə yetirib.

 

Nuran Mirzəyev Ordudan tərxis olunduqdan sonra qaz istismar sahəsində çalışıb.

Vətən müharibəsi başlandıqda və ali baş komandan tərəfindən qismən səfərbərlik elan olunduqda Nuran könüllü olaraq müharibəyə qatılıb. Füzuli, Cəbrayıl, Qubadli, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib və 19 oktyabrda Zəngilanın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Nurlan Mirzəyev 21 oktyabr 2020-ci il tarixdə doğulub, boya-başa çatdığı Qımıl kəndində dəfn olunub. Subay idi.

 

Nurlan Mirzəyev göstərdiyi qəhrəmanlıqlara görə ölumunden sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının müxtəlif sərəncamları ilə "Vətən uğrunda" Cəbrayıl və Qubadlının azad olunmasına və Hərbi xidmətlərdə fərqləndiyinə görə medalları ilə təltif olunub.

 

Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq