Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

12:51 29-07-2021 | icon 1198 | Təhsil
Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Qəbul imtahanlarında maksimum nəticə göstərən paytaxt məktəbliləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ən yüksək nəticə göstəriblər.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, 14-15 iyul tarixlərində keçirilən qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

 

İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

 

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib.

 

Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb