3500 nəfər ali məktəbə qəbul ola bilməyəcək

16:34 23-08-2021 | icon 515 | Təhsil
3500 nəfər ali məktəbə qəbul ola bilməyəcək

“Bu il III ixtisas qrupu üzrə 12 853 plan yeri ayrılıb”.

 

Versus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib. 

 

Onun sözlərinə görə, müsabiqə vəziyyətini ödəyənlərin sayı isə 16 500-dən çoxdur:

 

“Bu o deməkdir ki, təxminən 3500 şəxs ali məktəbə qəbul ola bilməyəcək”.

 

M.Abbaszadə qeyd edib ki, indiyədək ixtisas seçimi ilə bağlı 26 203 ərizə təqdim edilib:

“761 ərizə isə ləğv edilib. İxtisas seçimi zamanı yaradılmış ərizəni artıq 2 ildir ki, ləğv etmək mümkündür. Abituriyentlər hər hansı səhv edibsə, ixtisas seçimi bitənə qədər ərizəni ləğv edib, yeni ərizə yarada bilərlər”.

 

O, abituriyentləri ixtisas seçimi zamanı diqqətli olmağa çağırıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb