Humanizm, novatorluq və nailiyyətlər simvoluna çevrilən insan

12:06 26-08-2021 | icon 440 | KİV
Humanizm, novatorluq və nailiyyətlər simvoluna çevrilən insan

Mehriban Əliyeva Azərbaycan siyasətində də köklü dəyişikliklər edilməsinə nail olacaq

 
 
 
 
 
 
 

MÜŞFİQ ƏLƏSGƏRLİ

 
 
Demokratik quruluşlu, inkişaf etmiş ölkələrdə sosial, humanitar, mədəni proqramları həyata keçirən mexanizm qismində formalaşdırılmış “Birinci xanım” institutu Azərbaycan tarixində ilk dəfə Mehriban xanım Əliyevaya şamil olunaraq təsbit edilib. Bu statusu əldə etməmişdən öncə o, Azərbaycan mədəniyyətini geniş şəkildə təbliğ edən qurumlara rəhbərlik edib. Mehriban xanım Əliyevanın qeyd edilən istiqamətdə sistemli fəaliyyəti 1995-ci ildən başlayır. Həmin ildə “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nu yaradıb və ona uğurla rəhbərlik edib. 1996-cı ildə isə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
 
 
Sosial, humanitar, mədəni proqramlara rəhbərlik etmək təcrübəsinin kamil olması imkan yaradıb ki, o, “Birinci xanım” institutunu da bacarıqla idarə etsin, bu institutu yeni ideyalarla zənginləşdirsin. Mehriban Əliyevanın digər həmkarlarından fərqləndirən başlıca cəhət də məhz bundan ibarətdir ki, o, novatordur, məşğul olduğu sahələrdə daima yeniliklər edir. Ən əsası isə, öhdəsinə götürdüyü bütün proqramları uğurla yekunlaşdırır, nailiyyətlər əldə edir. Əliyevanın adının yanaşı çəkildiyi elə bir sahə yoxdur ki, o sahədə icra edilən proqramlar sonucda uğurla nəticələnməsin, nailiyyətlər əldə edilməsin.
 
 
Mehriban xanımın tətbiq etdiyi özünəməxsus yeniliklərdən biri də budur ki, Azərbaycanda sosial, humanitar, mədəni sahədə substantiv proqramlar icra etmək üçün struktur formalaşdırıb, mexanizmlər yaradıb. Bu kontekstdə diqqət çəkən işlərdən biri də onun rəhbərliyi ilə 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılmasıdır. Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunmasıdır. Fond, paralel şəkildə əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif sosial proqramlar, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən müxtəlif layihələr hazırlayaraq icra edir; uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsinə yardım göstərir. Heydər Əliyev Fondu həmçinin, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə sosial, humanitar, mədəni sahədə hazırlanıb uğurla icra edilən layihələr təkcə Azərbaycanda deyil, bütün dünyada diqqət çəkib. Bu yöndə uğurlu fəaliyyəti nəzərə alınaraq, 2004-cü ildə ona UNESCO tərəfindən, 2006-cı ildə isə ISESCO tərəfindən xoşməramlı səfir statusu verilib.
 
 
2011-2012-ci illərdə Mehriban xanım daha bir “ilk”ə imza atıb. O, Prezident İlham Əliyev tərəfindən “Eurovision Mahnı Müsabiqəsi”nin keçirilməsi üzrə təşkilat komitəsinin sədri təyin edilib. Müsabiqə Azərbaycanda ilk dəfə keçirilib və uğurla tamamlanıb. 2013-cü ilin yanvar ayında isə, xanım “Bakı- 2015: Avropa Oyunları”nın keçirilməsi üzrə təşkilat komitəsinin sədri təyin edilib. Mehriban xanımın rəhbərlik etdiyi təşkilat komitəsi I Avropa Oyunlarının uğurla keçirilib tamamlanmasını təmin edib. Bu uğurun nəticəsidir ki, 2016-cı ilin yanvar ayında Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı Avropa Olimpiya Oyunlarının təşkil edilməsində gördüyü işlərə görə mükafatlandırıb. Eyni sözləri 2017-ci ildə Bakıda keçirilmiş 4-cü İslam Həmrəylik Oyunlarına da şamil etmək mümkündür. Mehriban xanımın rəhbərliyi ilə formalaşdırılmış təşkilat komitəsi İslam Həmrəylik Oyunlarının Bakıda uğurla keçirilməsini təmin etmişdir.
 
 
Mehriban xanımın uğur hekayəsi təkcə sosial, humanitar, mədəni sahələri əhatə etmir. O, həm də siyasi sahənin novatorudur, uğur mələyidir. 2005-ci ilin avqust ayında Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri üçün namizədləri siyahısına daxil olub. 2005-ci ilin noyabr ayında keçirilən seçkilərdə öz dairəsində 86 faiz səs toplayaraq Milli Məclisin mandatını qazanıb. 2007-ci ilin 8 may tarixində Milli Məclisdə Mehriban xanımın təşəbbüsü ilə hazırlanmış “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsi müzakirə edilib. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. Onun bu yöndə təşəbbüsü ənənəyə çevirilmiş, 2009, 2013 və 2016-cı illərdə eyni müraciətlə çıxış etmişdir. Nəticədə 2009-cu ildə 9564 nəfər, 2013-cü ildə təqribən 9000 nəfər, 2016-cı ildə isə 2800 nəfər məhbus azadlığa buraxılmışdır.
 
 
Mehriban Əliyevanın siyasi fəaliyyəti də beynəlxalq aləmin diqqətini cəlb edib, beynəlxalq rəsmi səfərlərdə təmsil olunub. 2006-cı ilin dekabr ayında ABŞ-a rəsmi səfərdə o, birinci xanım – Laura Bush-la, 2009-cu ilin iyul ayında Britaniya kraliçası II Elizabetlə görüşüb. 2015-ci ilin sentyabr ayında Fransaya rəsmi səfər edərək, Fransa prezidenti Fransua Ollandla görüşüb, Fransadakı mədəni tədbirlərə verdiyi dəstəyə görə təşəkkür alıb.
Uğurlu siyasi fəaliyyəti nəzərə alınaraq Mehriban Əliyeva 2017-ci ilin fevral ayında Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. 2021-ci ilin mart ayından etibarən Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini postunu daşıyır. Hər kəsin gözləntisi budur ki, təmsil olunduğu bütün sahələrə uğur gətirən, yeniliklər edən Mehriban xanım Əliyeva Azərbaycan siyasətində də köklü dəyişikliklər edilməsinə nail olacaq.
 
 
26 avqust Mehriban xanımın ad günüdür. 1964-cü il 26 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Mehriban xanımı təbrik edir, yeni nailiyyətlər arzulayırıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR