"Ali təhsil haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq
"Ali təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Versus.az xəbər verir ki, bu barədə "Report"a parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib.
O bildirib ki, hazırda sənəd üzərində İşçi qrup işlər aparır:
"Yeni qanun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir. Artıq qanun layihəsi ilə bağlı bir neçə təkliflər İşçi qrupa daxil olub. Həmin təkliflər nəzərdən keçirilir. Hesab edirəm ki, sentyabr ayında İşçi qrupun və yeni qanun layihəsinin komitədə müzakirəsi olacaq. Sənəd bir neçə dəfə komitədə müzakirəyə çıxarılacaq".
Komitə sədri onu da bildirib ki, yeni qanun layihəsində təhsil kreditləri ilə bağlı məsələlər də öz əksini tapacaq:
"Bildiyiniz kimi təhsil kreditləri ilə bağlı ölkə başçısı müvafiq sənəd imzalayıb. Həmin sənəddən irəli gələn məsələlər yeni qanun layihəsində öz əksini tapacaq".
B.Əliyev daha sonra bildirib ki, yaxın günlərdə rəhbərlik etdiyi komitənin ilk iclası keçiriləcək:
"İclasda yaz sessiyasında görülmüş işlər müzakirə olunacaq və komitənin payız sessiyasının işlər planı hazırlanaraq təsdiqlənəcək".
Versus.az
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"