Şəhidlər verən kəndlərin YOL PROBLEMİ

13:46 06-09-2021 | icon 352 | Cəmiyyət
Şəhidlər verən kəndlərin YOL PROBLEMİ

Məsul qurumlar məsələyə niyə biganədir?

 

Versus.Az Oxu.Az-ın şəhidlər verən kəndlərin yol problemi ilə bağlı reportajını təqdim edir:

 

Saz vəziyyətdə olan yolsuzluq maşını ilə 28 kilometr yolu nə qədər müddətə getmək olar? Deyəcəksiniz ki, maksimum yarım saata? Gəlin sizi təəccübləndirim: 1 saat 40 dəqiqəyə. Neftçalanın Şorsulu qəsəbəsindən Xəzər kəndinə gedən yolda bu acı təcrübəni yaşamışıq (Halbuki Bakıdan Neftçalaya 172 km məsafəni cəmi iki saata qət etmişdik).

 

Sakinlərin sözlərinə görə, artıq neçə ildir yol bu vəziyyətdədir. Hara şikayət ediblərsə, bir çarə görülməyib. Sakinlər hətta bildirirlər ki, televiziyalardan birində yayımlanan toy verilişdən gələn çəkiliş qrupuna yerli icra hakimiyyətindən yolu çəkməmək barədə tapşırıq verilib. 

 

Təsəvvür edin, rayon mərkəzindən nəsə almaq üçün sakinlər siyahı hazırlayır, kimsə rayon mərkəzinə gedirsə, ona tapşırırlar. Lap qədim zamanlarda olduğu kimi.

 

Hər hansı fövqəladə vəziyyətdə xəstə üçün təcili yardım maşının bu yolu getməsi ağlasığmazdır. Heç getsə belə, vaxtında ünvana çata bilməz. Bunu sakinlər də anlayırlar, ona görə vəziyyəti nə qədər ağır olsa da, xəstələrini özləri xəstəxanaya aparırlar. Bu vaxt isə onların öz deyimi ilə desək, “bədənlərindəki orqanlar öz yerini dəyişməsi” bir yana, apardıqları insanın vəziyyəti daha da pisləşir.

 

Kəndə gedib-qayıdarkən ən çox diqqətimi çəkən məqamlardan biri də yol kənarındakı lövhələrdə əks olunan şəhidlərin fotoları oldu. Demək olar ki, yol boyu olan kəndlərin (Ramazanlı, Qazaxbərə, Xol Qaraqaşlı, Xol Qarabucaq) hər küçəsinə şəhidlərin fotoları əks olunmuş lövhələr vurulub.

 

 

Düşünürəm ki, yolun bu vəziyyətdə olması ən azı şəhidlərimizin valideynlərinə, əzizlərinə qarşı hörmətsizlikdir. Vətən yolunda canlarından keçənlərin doğmaları üçün 28 kilometr yolu təmir etmək o qədər də mürəkkəb bir iş olmamalıdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR