Bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq
“Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bir qismində isə müvəqqəti olaraq həm elektron, həm də ənənəvi jurnal olacaq”.
Versus.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
İdarə müdiri bildirib ki, ötən tədris ilində 94 məktəbdə elektron jurnal xidməti tətbiq olunmuşdu, bu il isə Bakının 215 məktəbində elektron jurnal və elektron gündəlikdən istifadə olunacaq.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"