"Diplomların tanınması başqa formata keçəcək”
“Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişikliklərlə bağlı layihə hökumətə verilib. Yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək”.
Versus.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov deyib.
O bildirib ki, yeni layihədə qismən tanınma anlayışı olacaq:
“Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240 kreditdir, bizdə isə o fakültə üzrə göstərici 340 kreditdir. Onun diplomu qismən tanınacaq. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini tamamlamaq üçün Azərbaycanda təhsil alsın. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışı təmin ediləcək”.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"