"Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub

17:07 23-11-2018 | icon 412 | Gündəm
"Bakı Ekspo 2025" layihəsinin təqdimatı olub

 

Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası çərçivəsində "Bakı Ekspo 2025" layihəsinin yekun təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, bu gün Büro "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcək. Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri də namizəddir.

 

Qalib gizli səsvermə yolu ilə seçiləcək. Beynəlxalq Sərgilər Bürosunun reqlamentinə əsasən, səslərin 2/3-si və daha çoxunu qazanan şəhər qalib olacaq. Əgər birinci turda namizədlərdən heç biri seçilməsə, ən çox səs toplayan iki şəhər ikinci - həlledici raunda keçəcək.

 

18 il ərzində BSB-nin 6 "Ekspo" sərgisində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir.

 

Əgər səsvermədə Bakı qalib gəlsə, "Ekspo 2025" Ümumdünya Sərgisi paytaxtımızda 10 may - 10 noyabr 2025-ci il tarixində, 6 ay ərzində keçiriləcək. Bu, BSB-nin regionda təşkil ediləcək ilk Ümumdünya Sərgisi olacaq.

 

Xatırladaq ki, “Ekspo” 170-dən çox ölkənin iştirakı ilə 5 ildən bir təşkil edilən ən böyük beynəlxalq sərgidir. Sərgidə ölkələrin elm, texnika, memarlıq və incəsənət sahələrində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, “Ekspo 2020” sərgisi Dubayda keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR