“Açıq məlumatlar” portalının ünvanı dəyişdi

18:02 23-11-2018 | icon 560 | Gündəm
“Açıq məlumatlar” portalının ünvanı dəyişdi

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Açıq məlumatlar” portalı yeni domen ünvanında - http://www.opendata.az fəaliyyət göstərəcək.

 

Nazirlikdən Versus.Az-a verilən xəbərə görə, portalın əsas istifadəçilərinin proqramçılar olmasını nəzərə alaraq bildiririk ki, portalın ünvanının dəyişilməsi ilə bərabər, müvafiq olaraq xidmətlərin APİ linklərində də dəyişiklik edilib.

 

Dəyişikliyə uyğun olaraq aşağıdakı nümunəni göstərmək olar:

https://api.opendata.az/v1/json/nrytn/PostIndexRegionByStreetName/28%20May?pretty

 

Sahibkarlıq subyektləri onlara məxsus və qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatlar portalda yerləşdirilməsi üçün təqdim edilə bilər.

 

Məlumat üçün bildirək ki, “Açıq məlumatlar” portalı dövlət qurumlarının fəaliyyəti zamanı formalaşan açıq məlumatları vahid məkanda toplayır. Bu məlumatlardan istifadə etməklə səmərəli proqram təminatlarının hazırlanması mümkündür. Bu günə qədər portalda olan məlumatlardan istifadə etməklə 20-yə yaxın mobil əlavə hazırlanaraq vətəndaşların istifadəsinə verilib.

Hazırda portalda məlumat dəstlərinin sayı 655-ə bərabərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR