Krit adasında daha bir güclü ZƏLZƏLƏ


Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri 137 min əhalinin yaşadığı Heraklion şəhərindən 18 km cənub-şərq istiqamətində yerləşib.
Zəlzələnin ocağı yerin 2 km dərinliyində olub.
Dağıntı və tələfatlarla bağlı məlumat verilmir.
Qeyd edək ki, dünən də Krit adasında 6,5 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər həlak olub, on nəfər yaralanıb.
Xəbər lenti

"Xankəndidə Qarabağ Universitetinin yaradılması sübut edir ki..."
“Qarabağ Universiteti müsəlman aləminin ən aparıcı universitetlərindən olacaq”