Saakaşvili imtina edəcək

10:34 05-10-2021 | icon 390 | Dünya
Saakaşvili imtina edəcək

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək.

 

Bu barədə siyasətçinin vəkili Giorgi Çiviaşvili bildirib.

 

Bazar ertəsi səhər saatlarında Saakaşvilinin mənafelərinin müdafiəçiləri Dmitri Sadzaqlişvili və Giorgi Çiviaşvili Rustavi həbsxanasında müvəkkilləri ilə ilk görüşü keçiriblər.

 

“O, aclıq aksiyasına davam edir və mübarizənin davamını bu formada ifadə etdiyinə inanır. Onun mövqeyi mübarizənin davam etməsidir... Ekstradisiya məsələsinə gəlincə, Mixail Saakaşvilinin bu mövzuda mövqeyi ondan ibarətdir ki, o, Gürcüstana, vətəninə gəlib və biz siyasi mübarizə planlaşdırırıq. Çox güman ki, o ekstradisiyadan imtina edəcək”, - deyə Çiviaşvili qeyd edib.

 

Qanunsuz olaraq Gürcüstana gələn ölkənin üçüncü prezidenti oktyabrın 1-də axşam Tbilisidə həbs edilib. O, vəzifədə sui-istifadədə ittiham olunur, onun barəsində iki iş üzrə artıq qiyabi olaraq hökm çıxarıb, bu da 6 ilə qədər həbs cəzası nəzərdə tutur, qalan işlərə isə baxılır.

 

Tezliklə onun barəsində dövlət sərhədini qanunsuz keçməklə bağlı başqa bir ittiham irəli sürüləcək. Gürcüstan Prokurorluğu bəyan edir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır və o, cəzasını ölkəsində çəkməli olacaq.

 

Daha əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşviliyə qarşı ağır ittiham səsləndirib. Xüsusilə, baş nazirə görə, Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini günahlandırmaq üçün gürcüstanlı müxalifətçilərin ölümünü planlaşdırıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...