Yeni siyasi partiya təsis edildi

15:02 19-10-2021 | icon 1132 | Siyasət
Yeni siyasi partiya təsis edildi

Əli Mustafa: “Biz yeni, fəqli Azərbaycan quracağıq”

 

Oktyabrın 18-də yeni siyasi partiya təsis olunub. Demokratik Dəyişim Partiyası adı ilə fəaliyyətə başlayan partiyanın Təşkilat Komitəsinin sədri Əli Mustafadır.


Bu barədə Versus.az-a açıqlama verən DDP Təşkilat Komitəsini sədri Əli Mustafa partiyanın təsis edilməsinin məqsədləri barədə danışıb. O, bildirib ki, Təşkilat Komitəsi artıq təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi istiqamətində ilkin addımlarını atır.
Ə.Mustafa bildirib ki, DDP-nin yaranmasının əsasında Azərbaycan xalqının suverenliyinin qorunması, ölkədə həqiqi demokratiyanın bərqərar olunması və milli maraqların təmin edilməsinə nail olmaq prinsipləri dayanır. Partiya sədri yeni partiyanın fəaliyyətinin prioritet istiqamətindən bir neçəsini önə çəkib.
“Partiyanın strategiyasının əsasında dayanan bir sıra mühüm məqamlar var. Bunlar hakimiyyətin xalqın həqiqi iradəsinə uyğun və legitim əsaslarla formalaşdırılması, daxili və xarici siyasətdə beynəlxalq hüququn prinsiplərinin əsas tutulması və beynəlxalq öhdəliklərin icrasının təmin olunması, insan hüquq və azadlıqlarının, xalqın rifahının və təhlükəsiz həyatının təmin olunması, həqiqi bazar münasibətlərinin, azad sahibkarlığın və ədalətli rəqabətin təmin olunması və sair məsələlərdir”.
Ə.Mustafa bəyan edilən məqsəd və vəzifələrə çatmaq üçün qanuni vasitələrlə mübarizə apacaqlarını və bu istiqamətdə maraqlı olan hər kəslə əməkdaşlığa açıq olduqlarını bildirib.

Partiya sədri yeni, fərqli Azərbaycanı quracaqlarına iddia etdiklərini deyib.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR