“Facebook” adını dəyişir

13:32 20-10-2021 | icon 754 | Maraqlı
“Facebook” adını dəyişir

Facebook” gələn həftə adını dəyişməyi planlaşdırır.

 

Bu barədə “Verge” öz mənbələrinə istinadla xəbər verir.

 

“Facebook “metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – “metakainat” planları barədə cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər:

“Gələcəkdə siz mənim divanımda holoqram kimi otura bilərsiniz və bu həqiqətən də hiss olunacaq. Sanki müxtəlif ştatlarda olmağımıza baxmayaraq eyni yerdəyik”.

 

Şirkətin rəhbəri Mark Zukerberg hesab edir ki, “metakainat” - yaradıcı peşə işçilərini, şəhərin mərkəzindən uzaqda yaşamaq və işləmək istəyənlər, həmçinin təhsil və ya rekreasiya obyektlərinə məhdud girişi olanlar üçün geniş imkanlar yaradacaq.

 

Onu da xatırladaq ki, avqust ayında şirkət, video konfrans vasitəsi, yaxud “Oculus VR” virtual reallıq qulaqlığından istifadə etməklə bağlana bilən “Horizon Workroom” virtual ofisini təqdim etmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...