Dövlət komitəsinin sədri bəzi deputatları tənqid etdi

17:02 20-10-2021 | icon 401 | Cəmiyyət
Dövlət komitəsinin sədri bəzi deputatları tənqid etdi

Bahar Muradova: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

 

“Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı “kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın” deyən deputatlar var idi”.

 

Versus.Az xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

 

Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib:

“Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar vardı. Mən o müzakirələrin iştirakçısı olmuşam”.

 

B.Muradova söyləyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulu vacibdir:

“Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraitdə və necə qaçıblar? Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı