"Bu mesajlar Rusiyanın vasitəçi kimi üzərinə götürdüyü öhtəliklə bağlıdır”

20:11 23-10-2021 | icon 784 | Geopolitika
"Bu mesajlar Rusiyanın vasitəçi kimi üzərinə götürdüyü öhtəliklə bağlıdır”

"Rusiya öz maraqlarını güdür və çalışır ki, Azərbaycandan güzəştlər qoparsın"

 

Rusiya prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə yönəlik fikirləri hazırki reallıqla birmənalı qarşılanmır. Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu gizlətmir.

 

Bu istiqamətdə şərh verən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Putin Valdayda 11 yanvar və 10 noyabr razılaşmalarının yerinə yetirilməsi aspektində mesajlar verdi:

 

Putin bu çıxışında xüsusən 11 yanvar razılaşmalarını önə çəkir. Orda əsasən kommunikasiyaların açılmasını özündə ehtiva edən müəyyən məqamlar var. Nəqliyyat kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı verilən müəyyən mesajlar Rusiyanın vasitəçi olaraq üzərinə götürdüyü öhtəliklə bağldır. Məhz 11 yanvar -10 noyabr razılaşmasında Naxçıvana gedən yolun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmti mühafizə edəcək. Bu da dəhliz deməkdir”.

 

 

"...Və Azərbaycanla Türkiyəyə təzyiq edir ki, kommunikasiyalar açılmalıdır"

 

Politoloq bildirib ki, təbii olaraq Rusiya burada öz maraqlarını güdür və çalışır ki, Azərbaycandan müəyyən güzəştlər qoparsın:

Rusiya istəyir ki, Azərbaycanı Avrasiya İttifaqına üzv etsin. Rusiya bu məsələlərə öz maraqları kontekstində impuls verir. Və Azərbaycanla Türkiyəyə təzyiq edir ki, kommunikasiyalar açılmalıdır. Görünür Rusiya-Azərbaycan arasında danışıqlar davam etdirilir. Hər halda Rusiya da Zəngəzur dəhlizi xəttinin açılmasını gündəmə gətirməyə başlayıb”.


 

 

“Bu, Azərbaycanın uğuru və 10 noyabr razılaşmasına uyğun...”


Artıq Rusiya rəsmiləri tərəfindən də Zəngəzur dəhlizin açılmasına müsbət yanaşmalar müşahidə olunur. Biz Ermənistanın da bu mövqeni təsdiqləyən açıqlamalarını gördük. Bu Azərbaycanın uğuru və 10 noyabr razılaşmasına uyğun addımların atılmasıdır”


Bunu politoloq Əhəd Məmmədli Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi mövqeyindəki dəyişikliyə diqqət çəkərkən bildirib.

 

Politoloq bildirib ki, Rusiyanın Laçın dəhlizi ilə bağlı açıqlamaları onu göstərir ki, artıq Ermənistanı da buna razı salıb:

 

Paşinyan və ondan əvvəl də Rusiya xarici işlər naziri Lavrov “bu haqda heç nə danışılmayıb” ritorikası ilə məsələnin üzərindən keçsələr də, artıq Zəngəzur dəhlizinin özləri üçün də hansı əhəmiyyətə malik olduğunu dərk edirlər".

 

Ə.Məmmədli hesab edir ki, bu fonda Rusiyanın marağında olan əsas məsələ kommunukasiyaların açılmasıdır. Politoloq hesab edir ki, Ermənistana Gürcüstandan keçən yalnız bir yolun olduğunu və məlum rus-gürcü münasibətlərinə əsasən Zəngəzur xəttinin açılması Rusiya üçün də səfərfəlidir:

 

Rusiya həmin yola nəzarəti öz üzərinə götürmək istəyir və regionda əsas söz sahibi olduğunu diqtə edir. Görünür ki, Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi də Rusiya vasitəsi ilə bağlanacaq. Bu da Rusiyanın beynəlxalq siyasətdə bir uğuru kimi vurğulanır. İqtisadi, siyasi imic, regional güc məsələlərinə görə fəaliyyət göstərsə də, burda əsas məsələ Rusiya-Türkiyə razılaşması ilə ortaya çıxır. Ərdoğan -Putin görüşü böyük bəyanatlarla yadda qalmasa da, görünür ki, hansısa razılaşmalar olub vəbu məsələdə Türkiyə Rusiyaya güzəştə gedib. əsas odur ki, Ermənistanla sülh müqaviləsi bağlanacaqsa Azərbaycan dövlət sərhədləri tanınmalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları