"Bu baş verəndə Laçın dəhlizi nəzarətimizə keçəcək"

09:19 26-10-2021 | icon 471 | Siyasət
"Bu baş verəndə Laçın dəhlizi nəzarətimizə keçəcək"

Nizami Verdiyev: "...Rusiya sülhməramlıları ərazilərimizdən çıxacaqlar"

 

“Ola bilər ki, bu il Ermənistanla sülh müqaviləsi imzalayaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

Onun sözlərinə görə, Sülh müqaviləsi bu ilin əvvəlində imzalanmalı idi:

 

“Sülh müqaviləsi may-iyun aylarında imzalanmalı idi. Ermənistanda olan revanşist qüvvələr Paşinyana təzyiq edərək imzalanmanı uzada biliblər. Amma Putinin Valday diskusiya klubunun iclasında Rusiyanı Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində əsas vasitəçi olduğunu bildirəndən sonra aydın olur ki, Sülh müqaviləsinin imzalanması günü çox uzaqda deyil”.

 

Nizami Verdiyev kommunikasiyaların açılmasını da sülh müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edir:

 

“Sülh müqaviləsinin imzalanması ərazi bütövlüyünün tanınması deməkdir. Paşinyan da bu yaxınlarda Sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirmişdi. Bu baş verəndən sonra artıq Laçın dəhlizi bizim nəzarətimizin altına keçəcək. Və qısa bir müddətdə Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdən çıxacaqlar”.

 

Nizami Verdiyevin vurğulayıb ki, sülhməramlılarla bağlı Putin Valday diskussiya klubunun iclasında - “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...” fikirlər səsləndirib:

 

“Bütün bunlar, deməyə əsas verir ki, biz bu il Sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR