“907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? 

 

16:22 27-10-2021 | icon 358 | Siyasət
“907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? 
 

 

44 günlük Vətən müharibəsinin yekunları yeni reallıqlar yaradıb. Yeni reallıq isə bir sıra aktların aradan qaldırılmasını gündəmə gətirib.



1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş də bu məhz bu qəbildəndir.

Maraqlıdır, yaxın vaxtlarda sözügedən 907-ci düzəlişin ləğvi mümkündürmü?

Məsələ ilə bağlı Versus.az-a danışan deputat Naqif Həmzəyev Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir dövlətdən dəstək gözləmədiyini bildirib:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra 907-ci düzəlişin ləğvi də gündəmə gətirilməlidir. Ancaq istənilən halda regionda prosesləri izləmək lazımdır. Müharibədən əsas ziyan çəkən, təcavüzə uğrayan tərəf Azərbaycandır. Lakin göründüyü kimi, Azərbaycan heç kimdən dəstək istəmədən və gözləmədən Qarabağı dirçəldir və bir il ərzində biz bunu sübut edə bildik. Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərliyi, eləcə də digər dövlət rəhbərləri ilə görüşündə də konkret olaraq bərabər hüquqlu tərəflər kimi çıxış edir. Yəni biz Ermənistandan fərqli olaraq hansısa ölkələrdən yardım gözləmirik”.

Millət vəkili nəinki 907-ci düzəlişin, eləcə də digər problemli məsələlərin qarşıdakı zaman ərzində həllini tapacağını diqqətə çatdırıb:

"Dost ölkələrin şirkələtləri "Qarabağa qayıdış” planında fəal iştirak edir, bu istiqamətdə investisiya qoyurlar. Düşünürəm ki, 907-ci düzəlişlə Ermənistana daha çox dəstək verilməsi və Azərbaycana maddi dəstəyin verilməməsi müəyyən dərəcədə düzgün qarşılanmır. Bu məsələnin həllini tapacağını düşünürəm. Azərbaycanın regionda yaratdığı reallıqların fonunda təkcə 907-ci düzəliş deyil, bir sıra məsələlər öz həllini tapmalıdır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı