Əlavə dərs saatları məktəbdə kimə verilməlidir? - CAVAB
Tez-tez müəllimlər, direktorlar, ümumiyyətlə təhsil işçilərinin arasında fakultətiv məşğələlər, dərnəklərin dərs saatlarında mübahisələr yaranır.
Bəzi məktəb direktorları iddia edir ki, əlavə dərs saatları yalnız ana dili, riyaziyyat kimi əsas fənlərə verilə bilər. Musiqi, təsviri incəsənət fənlərinə isə fakultativ məşğələlər verilmir.
Versus.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Ağdam şəhər 91 nömrəli tam orta məktəbinin direktoru Nemət Rüstəmli bildirib ki, qanunvericilikdə belə bir qayda yoxdur.
“Fakultətiv məşğələlər, dərnəklərə ayrılan dərs saatları bölünərkən şagirdlərin maraq və meyilləri nəzərə alınmalıdır. Məsələn, bizim məktəbdə ədəbiyyat, tarix kimi ali məktəb proqramlarında olan fənlərlə yanaşı, fiziki tərbiyə, təsviri incəsənət fənlərinə də məşğələ saatları ayrılıb. Təəssüf ki, məktəbimizdə şahmat müəllimi yoxdur. Əgər olsaydı, mümkün qədər ona daha çox fakultətiv məşğələ saatları ayırardım. Günümüzdə görürük ki, şahmat bizim gələcək inkişafımızda önəmli rola malikdir”.
Onun sözlərinə görə fakultətiv məşğələlər istənilən fənnə verilə bilər. Amma bu məşğələlər sadəcə müəllimin dərs yükünün artırılmasına xidmət etməməlidir.
“Məsələn, bizim məktəbin maddi texniki bazası imkan vermir ki, texnologiya fənnində şagird əlavə dərs saatlarında yeni bir şey öyrənə bilsin. Həmin fənnə 5-6 saat məşğələ saatı ayırmaq mənasızdır. Bu sadəcə həmin müəllimin dərs yükünü artırmağa xidmət edir”.
Xatırladaq ki, əlavə məşğələ saatları ibtidai siniflərdə “Riyaziyyat”, yuxarı siniflərdə isə şagirdlərin ərizələri, müraciətləri nəzərə alınmaqla müxtəlif fənlərə verilir.
Versus.az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”