“Paşinyanın çanağı öz başında çatlayacaq”

09:50 28-11-2018 | icon 807 | Geopolitika
“Paşinyanın çanağı öz başında çatlayacaq”

 

Ramiyə Mamedova: “Azərbaycan Ermənistanı sülhə məcbur etməli, torpaqların işğaldan azad edilməsinə nail olmalıdır”

 

 

“ATƏT-in Minsk qrupu 26 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında aparılan danışıqlara vasitəçilik edir. Minsk qrupu həmsədrləri daim Ermənistana, Dağlıq Qarabağa  səfətlər etsə də, heç bir irəliləyiş yoxdur. Düşünürəm ki, Milanda baş tutacaq sözügedən görüş də bundan əvvəlki görüşlərin təkrarı olacaq”.

 

Bunu Versus.Az-a politoloq Rumiyə Mamedova Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin dekabr ayında ATƏT-in şura iclası çərçivəsində Milanda nəzərdə tutulan görüşü və Rusiyanın bu görüşdən konstruktivlik gözləməsi ilə bağlı verilən açıqlamanı şərh edərkən bildirib.

Politoloq bildirib ki, Azərbaycan danışıqlara konstruktiv yanaşır və münaqişənin sülh yolu ilə həllini tələb etsə də, Ermənistan tərəfi buna məhəl qoymur:

 

“Ermənistan hər dəfə reallığa söykənməyən, gülünc çıxışlar etməkdə davam edir. Son günlər Paşinyanın Qarabağın tərəf kimi danışıqlar masasında oturmasını təklif etməsini də həmin bəyanatlardan hesab etmək olar”.

 

R.Mamedova Ermənistanın apardığı işğalçılıq siyasətinin getdikcə bu dövləti beynəlxaq arenada daha da cılızlaşdırdığını önə çəkib.

 

“Ermənistan münaqişənin həllində heç bir səy göstərmir. Ona görə də bu prosesdə əsas güc yenə də Azərbaycanın öz üzərinə düşür. Azərbaycan beynəlxalq nüfuzundan istifadə edərək  Ermənistanı sülhə məcbur etməli, torpaqların işğaldan azad olunmasına nail olmalıdır”.

 

Politoloq bildirib ki, hazırda Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri verilməsinə müsbət yanaşmayan Ermənistan getdikcə özünü çıxılmaz duruma salır:

 

“Azərbaycanda olan erməni əsirlərin qohumları Yeravanda yolları bağlayaraq hökumətdən əsirlərin dəyişdirilməsini tələb edirlər. Paşinyan isə “hər bir addım Ermənistanın xeyrinə olmalıdır” çıxışları ilə vəziyyəti sakitləşdirməyə çalşır. Lakin bu durum sona qədər davam etməyəcək. Paşinyanın çanağı öz başında çatlayacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR