QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçib.
Mətbuat Şurasından Versus.Az-a verilən məlumata görə, bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.
QDİƏT-in Parlament Məclisinin Yerevanda noyabrın 27-dən işinə başlamış, Milli Məclisin Aqrar Siaysət Komitəsinin sədr müavini Eldar Quliyevin, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatıldıqları 52-ci plenar sessiyası bu gün də davam edib. Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.
Sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib.
Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi həyata keçirən ölkənin parlamentinin rəhbəri başçılıq edəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov olacaq
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”