"Su İdarəsinin "Azəriqaz"a borcunun əziyyətini sakinlər çəkir"
Fuad Əliyev: “Təbii ki, ünvanımıza "analoqu olmayan ölkə" deyəcəklər"
“Azərbaycan üçün “analoqu olmayan ölkə” ifadəsini kim deyibsə düz edib. Bir dövlətin ki, tabeçiliyində olan qurumlar sanki başqa ölkələrdə fəaliyyət göstərirmişlər kimi hərəkət edə, təbii ki, ünvanımıza “analoqu olmayan ölkə” deyəcəklər”.
Versus.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev evlərə istiliyin verilişinin dayandırılması ilə bağlı açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, 13 gün bundan öncə, yəni noyabrın 15-də evlərə istilik verilsə də, noyabrın 27-də Xətai rayonunda istiliyin verilişi dayandırılıb. Sakinlər bunu havaların isti keçməsi, gün çıxması ilə əlaqələndirsələr də, sonradan məlum olub ki, heç də belə deyilmiş. Məlum olub ki, Xətai rayon Su İdarəsinin, hansı ki, evlərdə istilik sisteminə baxır, "Azəriqaz" (SOCAR) idarəsinə borcu olub. Çanaq da sakinlərin başında çatlayıb. Belə ki “Azəriqaz”ın işçiləri əraziyə qələrək istilik sistemini bağlayıblar:
“Vətəndaşların su idarəsinə borcu olmadığı bir vaxtda digər təşkilatın aidiyyatı olmayan kəmərin bağlanmasına kim icazə verib? Əgər Su İdarəsinin "Azəriqaz"a borcu varsa, onda getsin məhkəməyə versin, hesabı bağlasın və ən azından rəhbərlik səviyyəsində bu işi həll etsin. Vətəndaşların burda nə günahı var ki, onların evlərinə istilyin verilişini dayandırıblar”.
Fuad Əliyev bu kimi səbəblərdən dolayı haqlı olaraq hələ neçə il bundan öncə Bakıya status verilməsinin, Mer seçkilərinin keçirilməsinin vacibliyini bəyan etdiyini vurğulayıb:
“Yenə deyirəm, su, qaz, işıq, nəqliyyat idarələri respublikanın tabeçiliyindən ayrılıb Bakı Meriyasına verilməlidir ki, belə özbaşınalıq olmasın. Həqiqətən də “analoqu olmayan” respublikada yaşayırıq. Azərbaycan Avropada yeganə respublikadır ki, burda Mer seçkiləri keçirilmir”.
A.Zeynallı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”