“Korkut Ata” Film Festivalının ilk mükafatı Azərbaycana verilib
Noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında ilk mükafat Azərbaycana verilib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir ki, festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya “Şərəf mükafatı” verilib.
Qeyd edək ki, mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.
Arzu Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib:
“Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub. “Qorqud Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"