ALDP: Hakimiyyət bu məsələyə aydınlıq gətirsin
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Versus.Az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət və bəzi təşkilatı məsələlər müzakirə olunub.
İclasda son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağın ehtimal olduğu haqqında gedən yazılar müzakirə edilib. Bununla bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir:
Son dörd ay ərzində yerli mediada Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulacağı barədə fikirlər səslənir. Təəssüf hissilə qeyd etmək istəyirik ki, Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd edən xalqımız bu təklifləri ilk olaraq parlamentdən eşitdi. Sonra da mütamadi olaraq bu son dörd ay ərzində bəzi mətbuat organlarında bu təklifin Azərbaycan üçün müsbət olduğunu, güya Dağlıq Qarabağ probleminin həll olunacaq kimi yazılar dərc olunur. Azərbaycan və Rusiya ekspertləri bu məsələnin müsbət tərəfi ilə bağlı mütəmadi müsahibələr verir. Qazaxstan və Belarus prezidentləri bu təşkilata üzv olmaq üçün Azərbaycana çağırış edirlər.
ALDP olaraq hesab edirik ki, KTMT-yə üzv olamag bizə Dağlıq Qarabağ probleminin həllində heç nə verməyəcək. Necə ki, MDB-yə üzvlük heç nə vermədi.
ALDP mətbuat organlarına müraciət edir, "belə “müsbət” təklifləri tirajlamayın" deyir. Partiya tələb edir ki, hakimiyyət bu məsələyə aydınlıq gətirsin.
ALDP hesab edir ki, hansısa hərbi bloka üzv və yaxud yaranmasına ehtiyac olarsa bunu qardaş Türkiyə və Pakistanla birgə etmək olar.
Azərbaycan müstəqilliyini əldə etmək üçün çox mübarizə aparıb. Torpaqlarımız işgal altindadır və qələbəni bizə yalnız əsqərlərimiz bəxş edə bilər.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”