Paşinyandan millətçilərə MESAJ

18:22 24-11-2021 | icon 749 | Dünya
Paşinyandan millətçilərə MESAJ

"QİSAS ÜÇÜN MƏNƏ 5 İL VAXT VERİN"

 

Azərbaycana bu gərginlik heç lazım deyildi. Axı KTMT üzvünə hücum etmək və Rusiya ilə münaqişəyə girmək Bakının nəyinə lazımdır.

 

Versus.az xəbər verir ki, bu fikirlər Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, rusiyalı politoloq Aleksey Fenenkoya məxsusdur.

 

Onun sözlərinə görə, sərhəddəki son gərginlik Ermənistan hakimiyyəti üçün gərəkli idi. Bu toqquşma əvvəlcədən planlaşdırılmışdı. Ermənistan baş naziri üçtərəfli bəyanatın müddəalarını reallaşdırmaq istəmir:

 

"Son ayda Ermənistanda hakimiyyətdən narazılıqlar xeyli artıb. Açıq hiss edilirdi ki, baş nazirin yürütdüyü xətt hərbiçiləri razı salmır. Bu səbəbdən nəsə baş verməli idi. Bu gərginlik Ermənistan Müdafiə Nazirliyində bəzi başların uçurulması üçün imkan yaratdı. Paşinyan ona heç də loyal olmayan əvvəlki müdafiə nazirini işindən kənarlaşdırdı. İndi isə, o, bu gərginlikdən istifadə edərək ona qarşı çıxan digər hərbiçiləri də sıradan çıxaracaq. Bu birinci məqam".

 

Politoloq bildirib ki, ikinci məqam gərginliyi yaratmaqla Paşinyanın ondan qisas tələb edən millətçilərə mesajıdır:

 

"Bu ordu ilə heç nə etmək mümkün deyil. Mənə 4-5 il vaxt verin. Ordunu yenidən qurum. Ən əsası, o qisas məsələsində bir növ zaman qazanmış olur. Bu gərginlik həm də dünyaya Rusiyanın öz müttəfiqini qoruya bilməməsini bəyan etmək üçün lazım idi".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...